Press Reliz


Gələcəyin Memarlığına Dəstək İctimai Birliyi (GMD İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə qrant almış və «Memarlıq sənətinin tarixi abidələrin bərpası istiqamətinin inkişafına dəstək tədbirləri» layihəsinin icrası üzrə fəaliyyətini davam etdirir.
Layihənin məqsədi Abşeron yarımadasında mövcud memarlıq abidələrinin gözlə görünən vəziyyətinin foto fiksasiya, video fiksasiya və ölçü fiksasiyası ilə müəyyən olunması və dağılma dərəcəsinin təyin edilərək gələcək memarların maarifləndirilməsinə tarixi abidələrin bərpası mövzusuna dəstək verməkdir. 
layihə heyətimiz layihə eksperti Rauf Məmmədov tarixi abidələri müayinə etmiş həmin abidənin bərpası üçün zəruri olan foto, video və ölçü fiksasiyasını götürmüşdür. Layihə fəaliyyətinin yekununa dair ekspert rəyi və sair zəruri sənədlər toplanılaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq Konstruksiyası və Bərpası kafedrasının elmi məlumat bazasına diplom işlərinin tarixi abidələrin bərpası mövzusunda istifadə olunması üçün təhvil veriləcəkdir.

Albəndi hamamı
Bilgəh kəndi bağlarında Albəndi hamamı (XX əsr)
Bilgəh kəndi bağlarında Albəndi hamamı (XX əsr) 3 cü üsluba aid tarixi abidə. 
Albəndi hamamını, onun arxitektur planlaşma və həcmli-məkan strukturunu Nardarandakı hamamla (1388-ci il) müqayisə etsək, onun ilkin mənbə ilə bilavasitə analogiyasını, kompozisiya-planlaşma parametrlerinə görə nə dərəcədə eyni olduqlarını asanlıqla qeyd etmək olar.

Məşədi Qərib hamamı
Buzovna kəndində Məşədi Qərib hamamı (XIX əsr) 3 cü usluba aid tarixi abidə.
Hamam XIX əsrdə tikilmişdir və öz zamanında məhəllə hamamı kimi xidmət edərək Abşeron hamamlarının ənənəvi üsullarının klassik sxemi üzrə ucaldılmışdır. Planlaşma strukturunda texnoloji sistemə uyğundur, əsas və kömikçi otaqların ardıcıl yerləşməsini eks etdirir. Sanitar qovşağı olan dar dəhliz-vestibül ziyarətçini qapı proyomları ilə bölünən oturma və soyunma üçün nəzərdə tutulan podiumla əhatə olunmuş soyunma zalının dördbucaqlı otağına aparır.
Məhəmməd Həsən hamamı
Fatmai bağlarında Məhəmməd Həsən hamamı (XIX əsr )
Fatmai bağlarında Məhəmməd Həsən hamamı (XIX əsr ) 2 ci üsluba aid tarixi abidə. 
Fatmai kəndindənin bağlarında tikilmiş Məhəmməd Həsən hamamı ( XIX əsr). Bağların əhatəsində, bağ maqistralı yaxınlığında faktiki olaraq bağ yerinin ictimai mərkəzi sayılan hamam yerləşir. Plan münasibətində hamam ənənvi üslubun klassik üsullarından birini nümayiş etdirir. Abşeron hamamlarının təsnifatına görə o öz daxili həcmli-məkan xüsusiyyətləri ilə ikinci üslubuna aiddir. 
Abidənin muzey olaraq istifadə olunması məsləhət görülür. Abidənin tarixi nəzərə alındlqda bünövrədə zaman ilə əmələ gələn problemlərin aradan götürülməsi vacibdir.
Şeyx Kazım hamamı

Mərdəkan kəndində yerləşən Şeyx Kazım hamamı (XVII əsr)
Şeyx Kazım hamamı - Mərdəkan kəndindəki XVII əsrə aid Seyid Kazım hamamı 2 günbəzdən ibarətdir, düzbucaqlı formaya malikdir. Hamamın qapısı üzərindəki ərəb əlifbasında olan yazılan yazı çox çətinliklə oxunur. Bu tikili demək olar ki, dağılmış, həm də bərbad vəziyyətdədir.
Xanbaba hamaımı 

Mərdəkan kəndində yerləşən Xanbaba Hamamı ( XIX əsr ) 
El arasında Xanbaba hamamı adlanan bu abidənin Şirvanşahlar dövründə tikildiyi, Tuba Şahi məscidi ilə yaşıd olduğu ehtimal edilir. XIX əsrdə hamam təmir edilərək qapıları sökülmüş, qapı yerləri hündürə qaldırılmışdır. Burada əvvəllər çimmək üçün isti su gildən düzəldilən saxsı borularla gələrmiş. XIX əsrdə onlar sökülərək dəmir borular ilə əvəz olunub. Hamam 2 kümbəzlidir. Abidənin sadəcə ön fasadı gözə carpılır.



Məlumat
Гости qrupunun istifadəçiləri bu nəşrə şərh yaza bilməz.