PRESS-RELİZ. AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİ
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi“ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsi çərçivəsində 5 mart 2025-ci il tarixdə layihə rəhbəri Fərrux Əsgərovun və layihə eksperti Sədaqət Qəmbərovanın iştirakı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sorğu keçirilmişdir. Sorğunun məqsədi Muzey eksponatlarının rəqəmsallaşdırılması ilə bağlı vəziyyətin qiymətləndirilməsi idi.PRESS-RELİZİ ENDİRİN
















