PRESS-RELİZ. AMEA ARXEOLOGIYA VƏ ANTROPOLOGIYA İNSTİTUTU
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi“ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsi çərçivəsində 7 mart 2025-ci il tarixdə layihə rəhbəri Fərrux Əsgərovun və layihə eksperti Sədaqət Qəmbərovanın iştirakı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Sərgi-Ekspozisiya zalında sorğu keçirilmişdir. İnstitutun Kiçik elmi işçisi Vüsalə Beydullazadə muzeyin fəaliyyəti ilə bağlı qısa məlumat verdi və layihə komandasını eksponatlarla tanış etdi, daha sonra sorğu anketi üzrə sualları cavablandırdı.PRESS-RELİZİ ENDİRİN

















